Yığmamız dünya 3-cüsü oldu

  • 25 Avqust 2025, 10:32

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatına yekun vurulub.

Sportlife.az xəbər verir ki, yunan-Roma güləşi üzrə millimiz mötəbər yarışda 1 dəst medal qazanıb.

90 xal toplayan yığmamız komanda hesabında dünya 3-cüsü olub. Mllimiz həm medalların sayına, həm əyarına, həm toplanan xallara, həm də sıralamadakı komanda mövqeyinə görə, son 3 ildə özünün ən yaxşı nəticəsinə imza atıb.

Xatırladaq ki, komandamızın heyətində Ayxan Cavadov (60 kq) qızıl, Turan Daşdəmirov (55 kq) gümüş, Fəraim Mustafayev (67 kq) isə bürünc medal qazanıb.


Paylaş: