Lunin Türkiyəyə köçür

  • Bu gün, 11:51

"Real Madrid"in və Ukrayna millisinin qapıçısı Andrey Lunin karyerasını Türkiyədə davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo onu komandasında görmək istəyir. O, rəhbərliyə qapıçı ilə müqavilə imzalamağı məsləhət görüb.

Lunin xorvatiyalı Dominik Livakoviçi əvəzləmək üçün klubun üstünlük verdiyi variantdır.

Qeyd edək ki, ukraynalı da komandasındakı mövqeyindən narazıdır və o, daha bir mövsümü ehtiyat oyunçular skamyasında keçirmək fikrində deyil.


Paylaş: