"Çelsi"dən "Borussiya"ya

  • Bu gün, 11:09

Dortmund "Borussiya"sı "Çelsi"dən müdafiəçi Aron Anselminonu transfer etdiyini açıqlayıb.

Sportlife.az xəbər verir ki, Almaniya klubu 20 yaşlı argentinalını mövsümün sonuna kimi icarəyə götürüb.

Emre Can, Niko Şlotterbek və Niklas Zulye zədələndiyi üçün "Borussiya" təcili olaraq mərkəz müdafiəçisi transfer etməli olub.

Qeyd edək ki, Anselmino yeni klubunda 28 nömrəli formanı geyinəcək.


Paylaş: