"Bavariya" yeni hücumçu ilə anlaşdı

  • Bu gün, 12:28

"Çelsi"nin hücumçusu Nikolas Cekson "Bavariya"ya keçməyə yaxındır.

Sportlife.az xəbər verir ki, artıq seneqallı futbolçu ilə razilıq əldə olunub.

Klublar isə hələ də icarə şərtləri ilə bağlı danışıqlar aparır, lakin razılığa yaxındırlar. Münhen klubu Nikolasın maaşını qarşılamağa hazırdır.

Ötən mövsüm Cekson Premyer Liqada 30 oyun keçirib, 10 qol vurub və 5 məhsuldar ötürmə edib.


Paylaş: