MY-nin futbolçusu La Liqa yolunda

  • Bu gün, 13:07

"Mançester Yunayted" və İngiltərə millisinin yarımmüdafiəçisi Kobbi Meynu karyerasını La Liqada davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, futbolçunu "Real" və "Atletiko" klubları mövsümün sonuna qədər icarəyə götürmək niyyətindədir.

İngilis futbolçu bu mövsüm Premyer Liqanın ilk iki oyununda meydana çıxmayıb. 

Qeyd edək ki, Meynu özü də "Mançester"dən ayrılmaq istəmir, amma əsas heyətdə və Çempionlar Liqasında oynaya biləcəyi bir kluba keçmək istəyir.


Paylaş: