
Müqaviləsi uzadılıb, icarəyə verildi
"Barselona" qapıçı İnyaki Penya ilə müqaviləni yeniləyib.
Sportlife.az xəbər verir ki, Kataloniya təmsilçisi qapıçı ilə sözləşmənin müddətini 2029-cu ilin 30 iyununa qədər uzadıb və onu dərhal icarəyə göndərib. Penya 2025/26 mövsümünü "Elçe"də keçirəcək.
Qeyd edək ki, ötən mövsüm Penya 23 oyun keçirib, 25 qol buraxıb.