
Vardinin yeni klubu bilindi
"Lester"in sabiq hücumçusu Ceymi Vardi karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Sportlife.az xəbər verir ki, futbolçu "Kremonense" ilə anlaşıb və cari mövsümün sonuna qədər müqavilə imzalayacaq. Danışıqlar son mərhələdədir.
Ceymi Vardi azad agentdir və fərdi məşqlərlə formada qalır. 37 yaşlı futbolçu karyerasını bitirmək fikrində deyil. Ötən mövsüm o, "Lester"in heyətində 36 oyun keçirib, 10 qol vurub və 4 məhsuldar ötürmə edib.
Təcrübəli hücumçu ilə daha əvvəl "Napoli"nin maraqlandığı bildirilirdi.