
Dünya çempionu İtaliyaya köçür
39 yaşlı müdafiəçi Raul Albiol karyerasını İtaliyada davam etdirə bilər.
Sportlife.az xəbər verir ki, A Seriyasının debütantı “Piza” futbolçu ilə danışıqlar aparır.
İspaniya millisinin heyətində dünya çempionu olmuş futbolçunun “Vilyarreal”la müqaviləsi bu yay başa çatıb və o, artıq İtaliya çempionatına qayıtmağa hazırdır. İddiaya görə, "Piza" ilə futbolçu arasında prinsipial razılıq əldə olunub.
Raul Albiol karyerası ərzində "Valensiya" və "Xetafe"də də çıxış edib.