“Bayer”in “Qarabağ” “qorxu"su

  • Bu gün, 17:29

UEFA Çempionlar Liqasının liqa mərhələsinin püşkatmasından əvvəl Almaniyanın “Bayer" klubu sosial şəbəkədə diqqətçəkən paylaşım edib.
Sportlife.az xəbər verir ki, klub məşhur “Star Wars” filmindən görüntü paylaşaraq “Bu gün Çempionlar Liqasının püşkatmasıdır! Əla, “Qarabağ”la düşməyəcəyik, hə?” “Elədir?” sözlərini yazıb.
Bu zarafat ötən mövsüm klubun Avropa Liqasında “Qarabağ”la çətin duelinə işarədir. Həmin oyunda Ağdam təmsilçisi son anlara qədər qalib gəlməyə yaxın olsa da, əlavə vaxtda “Bayer” üstünlük qazanmışdı.
Paylaşım qısa müddət ərzində minlərlə reaksiya toplayaraq, “Qarabağ”ın Avropada ciddi rəqib kimi qəbul edildiyini bir daha göstərib.

Paylaş: