"Bu mövsüm də eyni yolu tutmaq istəyirik"

  • Bu gün, 15:46

“Sabah”ın müdafiəçisi İqor Noqeyra Misli Premyer Liqasının II turunda “Şamaxı” üzərində qazanılan qələbəni (2:1) dəyərləndirib.

Sportlife.az xəbər verir ki, braziliyalı futbolçu ölkəsinin mətbuatına açıqlamasında səfərdə qalib gəlməyin onlar üçün böyük önəm kəsb etdiyini deyib.

30 yaşlı arxa xətt oyunçusu ötən mövsüm əldə edilən uğurun davamını gətirmək istədiklərini vurğulayıb: “Bu qələbə bizim üçün çox vacib idi. Çünki çətin səfər oyununa çıxırdıq. Çempionata 3 xalla başlamaq bizə inam verdi. Ötən mövsüm klub üçün tarixi titul qazandıq və həmin zəfərin dadını hiss etdik. Bu mövsüm də eyni yolu tutmaq istəyirik. Addım-addım, oyun-oyun irəliləyib, yenidən qalibiyyət yolunu davam etdirməyə çalışacağıq”.

Qeyd edək ki, ötən mövsümdən “Sabah”ın formasını geyinən İqor Noqeyra paytaxt klubunun heyətində ümumilikdə 34 oyuna çıxıb, 2 qol vurub. Onun bakılılarla müqaviləsi 2026-cı ilin iyununa qədərdir.


Paylaş: