Dünya çempionatında 2-ci "bürünc"

  • Bu gün, 18:52

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən yeniyetmə cüdoçular arasında dünya çempionatında milli komandamız daha bir uğura imza atıb.

Sportlife.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən Zeyd Ələsgərov bürünc medal qazanıb. İdmançımız əvvəlcə yunanıstanlı Aleksandros Polixronidis və braziliyalı Lukas Yamamotoya ipponla qalib gəlib. 1/4 finalda Yernur Batırğalıya (Qazaxıstan) məğlub olan cüdoçumuz təsəlliverici görüşdə macar Botond Kunyikini yuko ilə üstələyib. Həlledici qarşılaşmada isə yapon Toai Haşimaya ipponla qalib gələn təmsilçimiz mundialı 3-cü pillədə başa vurub. 

Qeyd edək ki, dünən -50 kq çəki dərəcəsində tatamiyə çıxan Anar Quliyev də eyni nəticə ilə yadda qalmışdı.


Paylaş: