AFFA bu kluba texniki məğlubiyyət verdi

  • 8 Aprel 2025, 12:57

AFFA İntizam Komitəsi I Liqa təmsilçisi "Qaradağ Lökbatan"a texniki məğlubiyyət verib.

Sportlife.az xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

Belə ki, XX turun “Cəbrayıl” – “Qaradağ Lökbatan” oyununda qonaq komandanın heyətində adları matçın protokolunda olmayan futbolçular meydana çıxıb. Bu səbəbdən kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.

“Qaradağ Lökbatan” həmçinin 400 manat cərimələnib.

Qeyd edək ki, “Cəbrayıl” – “Qaradağ Lökbatan” görüşü qolsuz yekunlaşmışdı.


Paylaş: