I Liqaya 2 vəsiqənin sahibi bilindi

  • 8 Aprel 2025, 18:50

Azərbaycanın 2 klubu I Liqaya vəsiqəni təmin edib.

Sportlife.az xəbər verir ki, bunlar "Şahdağ Qusar"la "Şəfa" komandalarıdır.

"Şahdağ Qusar" II Liqanın XX turunda evdə "Haypers Quba"ya 2:1 hesabı ilə qalib gələrək, üst liqaya yüksəlib. Bu nəticə "Şəfa" üçün də əlverişli olub. Paytaxt təmsilçisi evdə "Səki Citi"ni 6:0 hesabı ilə darmadağın edərək I Liqaya vəsiqə qazanıb.

Hazırda turnir cədvəlinin lideri olan "Şahdağ Qusar" 58 xalla 1-ci, "Şəfa" isə 55 xalla 2-ci yerdə gedir. 4-cü sırada qərarlaşan "Hypers Guba"nın isə 36 xalı var.

AFFA İcraiyyə Komitəsinin reqlamentinə əsasən, II Liqada 2024/2025 mövsümünün yekununda ilk 3 pilləni tutan klublar birbaşa I Liqaya vəsiqə qazanacaq. Hələlik 3-cü pillənin sahibi məlum deyil.

I Liqada 9-cu yeri və II Liqada 4-cü yeri tutan komandalar arasında neytral meydanda bir oyundan ibarət pley-off matçı keçiriləcək.

I Liqanın daha bir iştirakçısı isə Premyer Liqada sonuncu yeri tutan komanda olacaq.


Paylaş: