
Vüqar Kərəmovdan növbəti qələbə
Azərbaycanın və “Qəbələ” İdman Klubunun təmsilçisi Vüqar Kərəmov bu gün növbəti döyüşünü keçirib.
Sportlife.az xəbər verir ki, MMA döyüşçüsu “Rizin Landmark 11” turnirində mübarizə aparıb.
71 kq çəkidə çıxış edən Kərəmov yaponiyalı Şuya Kimura ilə üz-üzə gəlib. Yaponiyanın Sapporo şəhərində baş tutan döyüş həmyerlimizin qələbəsi başa çatıb.
Vüqar “Rizin” çərçivəsində keçirdiyi 10-cu görüşdə 7-ci qələbəsini qazanıb. 5 döyüşün hamısında qalib gələn Kimura isə ilk dəfə məğlubiyyətə üzülüb.
Kərəmovdan fərqli, Məhərrəm Həsənzadə Tatsuya Andoya (Yaponiya) uduzub.