
Statistika üçün fəaliyyət: Layihə davam edir, rəhbər yoxdur
AFFA-nın UEFA-nın “Elit Məşq” layihəsi ilə bağlı bizə təqdim etdiyi rəsmi cavabı oxudunuzmu?
Sən demə, layihə fəaliyyət göstərirmiş, vəsaitlər xərclənirmiş... Amma nə konkret fəaliyyətin özü gözə dəyir, nə də nəticəsi görünür. Göz önündə yalnız bir şey var – “məlumatlandırılmış qeyri-müəyyənlik”.
Layihədə hansı işə nə qədər vəsaitin xərcləndiyi məlum deyil. Layihənin rəhbəri varmı? Yox! Əvvəllər bu vəzifədə Yunis Hüseynov olub. Hüseynov gedəndən sonra bu boşluq rəsmi şəkildə unudulmağa başlayıb.
Rəhbərsiz layihə, elə kapitansız gəmi kimidir. Bu layihə də həmin gəmilər kimi istiqamətsizdir...
Əgər bu layihəyə doğrudan da önəm verilsəydi, ən azı ona idarəedici bir fiqur tapıb təyin edilərdi. Amma görünür, AFFA-nın təqvimində bu layihə UEFA-nın yoxlama siyahısında sadəcə bir bəndi quşlamaqdan üçündür. Rəhbəri olsaydı, bəlkə də bu sualları birbaşa ona ünvanlayardıq...
Nəticə? Nəticə yoxdur. AFFA-nın rəsmi saytında da, təqdim olunan cavabda da görülən işlərin futbol mühitinə nə kimi təsir göstərdiyinə dair bir sətir belə yoxdur. Elə bil ki, fəaliyyətin özü məqsəd deyil, məqsəd onun varmış kimi görünməsidir.
Mövzunu davam etdirəcəyik...