
Millimizin oyunları arenalarda olacaq
Azərbaycan milli komandasının dünya çempionatının seçmə mərhələsində İslandiya və Fransa yığmaları ilə keçirəcəyi ev oyunlarının yeri müəyyənləşib.
Sportlife.az xəbər verir ki, D qrupunun son turları çərçivəsində İslandiya ilə görüş noyabrın 13-də “Neftçi Arena”da baş tutacaq.
Fransa ilə qarşılaşma isə noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.
Hər iki matç saat 21:00-da start götürəcək.