Millimizin oyununun vaxtı bilindi

  • 25 Aprel 2025, 12:07

Azərbaycan millisinin iyunda keçirəcəyi daha bir oyunun vaxtı müəyyənləşib.

Sportlife.az xəbər verir ki, yığmamız iyunun 7-də Latviyanın qonağı olacaq.

Latviya Futbol Federasiyası qarşılaşmanın başlama vaxtını açıqlayıb. Paytaxt Riqadakı “Skonto” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 17:00-da start götürəcək.

Qeyd edək ki, millimiz Latviya ilə qarşılaşmadan üç gün sonra Bakıda Macarıstan yığmasını qəbul edəcək.


Paylaş: