AŞF-də köhnə-yeni prezident

  • 2 İyun 2025, 11:30

Azərbaycan Şahmat Federasiyasının (AŞF) rəhbərliyinə yeni seçkilər keçirilib.

Sportlife.az xəbər verir ki, uzun illər federasiyada prezident vəzifəsində çalışan, eyni zamanda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) vitse-prezidenti olan Mahir Məmmədov səsvermə nəticəsində dörd il müddətinə AŞF-nin prezidenti seçilib.

Faiq Həsənov federasiyanın birinci vitse-prezidenti, Yaqub Hüseynov və Bəxtiyar Məmmədov isə vitse-prezident seçiliblər.

Azərbaycan Şahmat Federasiyasının prezidenti və vitse-prezidenti həm də İcraiyyə Komitəsinə üzv kimi təsdiqləniblər.


Paylaş: