
Yığmamız AÇ-nin hazırlığına başladı
Azərbaycanın qadın şahmatçılardan ibarət millisi Avropa çempionatının hazırlığına başlayıb.
Bu barədə Sportlife.az-a Şahmat Federasiyasından bildirlib.
Bakıdakı məşqlərə qrosmeyster, FIDE məşqçisi Mixail Brodski rəhbərlik edir.
Qeyd edək ki, Mixail Brodski uzun müddət Ukraynanın qadınlardan ibarət yığmasının məşqçisi olub. Onun rəhbərliyi altında Ukrayna millisi komandalar arasında dünya və Avropa çempionatının qızıl, iki dəfə Ümumdünya Şahmat Olimpiadasının bürünc medalını qazanıb.