Taekvondoçumuz mövqeyini qorudu

  • Bu gün, 15:35

May ayı üçün taekvondo üzrə dünya reytinqi açıqlanıb.

Sportlife.az xəbər verir ki, Paris-2024 Olimpiya Oyunlarının gümüş mükafatçısı, Avropa çempionu Qaşım Maqomedov siyahıda ikinci mövqedəki yerini qoruyub saxlayıb.

58 kq-a qədər çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısının hesabında 133,34 xal var.

Qeyd edək ki, bu çəki dərəcəsində Qaşimin Olimpiya finalındakı rəqibi Cənubi Koreya təmsilçisi Tae-joon Park 200 xalla birincidir.


Paylaş: