"Azərreyl" çempionluğun 1 addımlığında

  • 22 Aprel 2025, 17:36

Kişi voleybolçular arasında Yüksək Liqada ilk final matçı keçirilib.

Sportlife.az xəbər verir ki, “Azərreyl” və “Murov Az Terminal” komandaları Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində üz-üzə gəliblər. Görüş “dəmiryolçular”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandalar arasında ikinci oyun isə aprelin 25-də təşkil olunacaq.

Qeyd edək ki, çempion iki oyunun nəticəsinə əsasən müəyyənləşəcək. İki qarşılaşmada tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.


Paylaş: