Azərbaycan çempionatında 33 klub

  • 29 Mart 2025, 14:40

Martın 30-da Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzində yeniyetmələr və kadetlər arasında kikboksinq üzrə klublararası açıq çempionat keçiriləcək.

Sportlife.az xəbər verir ki, çempionatda əsasən federasiyanın Bakıda fəaliyyət göstərən klubları iştirak edəcək.

Yarışda 33 klub 237 idmançı ilə təmsil olunacaq. Çempionatı 3 baş hakim, 18 hakim daxil olmaqla, ümumlikdə 21 hakim idarə edəcək.

Yarış 3 tatamidə baş tutacaq və kikboksinq “Kik-layt” qaydalarına uyğun keçiriləcək.

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd klublararası birliyi gücləndirmək, idmançıların texnikalarının və yarışlar təcrübələrinin artırılması, klub məşqçilərinin yarışlarda iştirak qaydalarının təkmilləşdirilməsini artırmaqdır.


Paylaş: