Millimiz finalın 1 addımlığında

  • Dünən, 10:00

Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında bu gün yarımfinal oyunları baş tutacaq.

Sportlife.az xəbər verir ki, Milli Gimnastika Arenasında meydana əvvəlcə Azərbaycan və Monteneqro komandaları çıxacaq.

Görüş saat 20:00-da start götürəcək.

Digər yarımfinal matçında isə Macarıstan Serbiya ilə üz-üzə gələcək. Bu qarşılaşma saat 21:30-da başlayacaq.


Paylaş: