Qolu qeydə alınmayan futbolçu üsyan etdi: "Bu cür təcrübəli hakimdən belə səhv gözləməzdik"

  • 10 May 2024, 13:28

I Liqanın 25-ci turunun “İmişli” – “Qaradağ Lökbatan” görüşündə meydan sahiblərindən Ruslan Hacıyevin vurduğu qolun qeydə alınmaması böyük etirazlara səbəb olub.

Sportlife.az-a açıqlama verən Ruslan Hacıyev hakimin qərarının yanlış olduğunu bildirib.

Futbolçu həmin qol epizodunda topa əlinin dəymədiyini bildirib: “Hakim əllə oyuna görə qolu qeydə almadı. Epizoda diqqətlə baxın. Top mənim əlimə dəyməmişdi. Çox etiraz bildirdim. Amma hakim qərarında qaldı. Çox əhmiyyətli oyun idi. Ən azı 2-ci yer şansımız var idi. Qələbə bizim üçün çox vacib idi. Təəssüf ki, belə alındı. Bu cür təcrübəli hakimdən belə səhv gözləməzdik. Amma olur da, insandır, hamı səhv edir. Səhvsiz insan yoxdur. Bilərəkdən etdiyini də düşünmürəm”.

Qeyd edək ki, İnqilab Məmmədovun idarə etdiyi “İmişli” – “Qaradağ Lökbatan” matçı qolsuz heç-heçə ilə yekunlaşıb.


Paylaş: