AFFA rəsmisi İstanbula gedir

  • 25 Fevral 2025, 12:54

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan yeni təyinat alıb.

Sportlife.az xəbər verir ki, o, Avropa Liqasının 1/8 final mərhələsində Türkiyədə “Fənərbağça” və Şotlandiyanın “Reyncers” klubları arasında keçiriləcək ilk oyunun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma martın 6-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.


Paylaş: