
Joze Mourinyo üzr istədi
"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo Avropa Liqasının 1/8 final mərhələsində Şotlandiyanın "Reyncers" klubuna məğlub olmaları barədə danışıb.
Sportlife.az xəbər verir ki, o, komandasının qələbəyə layiq olduğunu bildirib. "Amma sonda hər şey penaltilər seriyasında məğlubiyyətlə başa çatdı. Üzr istəyirəm".
Qeyd edək ki, İstanbul klubu penaltilər seriyasında 2:3 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.