
Qırmızı vərəqəyə görə üzr istədi
"Roma”nın təcrübəli futbolçusu Mats Hummels azarkeşlərdən üzr istəyib.
Sportlife.az xəbər verir ki, almaniyalı müdafiəçi Avropa Liqasının 1/8 final mərhələsinin “Atletik"lə cavab oyununda qırmızı vərəqə aldığı üçün sosial şəbəkədə üzrxahlıq edib.
Xatırladaq ki, Hummels "Atletik"lə cavab matçının 11-ci dəqiqəsində qırmızı vərəqə alıb. Nəticədə 1:3 hesabı ilə məğlub olan "Roma " Avropa Liqasında mübarizəni dayandırıb.