
Səfərə 18 futbolçu ilə yollandılar
“Mançester Yunayted” Avropa Liqasının 1/8 final mərhələsində “Real Sosyedad”la oyuna itkilərlə çıxacaq.
Sportlife.az xəbər verir ki, “qırmızı şeytanlar” zədəli futbolçuların çox olması səbəbindən İspaniyaya 18 oyunçu ilə yollanıb.
Harri Maquayr, Manuel Uqarte, Lisandro Martinezs Lük Şou, Kobbi Mayno və Meyson Maunt sözügedən oyunda iştirak edə bilməyəcəklər.
Görüş bu gün Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.