
"Qol vurmağım sevinc yaratdı"
“Oyunun gərgin keçəcəyini bilirdik. Səfərdə oynayırdıq".
Sportlife.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Elvin Camalov Misli Premyer Liqasının XXVII turunda səfərdə “Səbail”ə 2:1 hesabı ilə qalib gəldikləri oyunla bağlı klubun televiziyasına açıqlamasında deyib.
Qələbə qoluna imza atan 30 yaşlı yarımmüdafiəçi rəqibin oyuna ciddi çıxdığını bildirib: "Biz də hazırlaşmışdıq. İki qol vurduq və sonra qol buraxdıq. İkinci hissədə də yaxşı mübarizə aparıb, qələbə qazandıq. Bu, hamımızın əziyyətidir. Mövqeyim elədir ki, gec-gec qollar vururam. “Neftçi”yə gələndə hamı məni isti qarşıladı və tez uyğunlaşdım. Qol vurmağım sevinc yaratdı”.
Elvin milliyə dəvəti haqda da danışıb: “Millidə oynamaq hər futbolçunun borcudur və bunu sevə-sevə etməliyik. Dəvət gəldiyi üçün çox sevincliyəm. Həm “Neftçi”, həm Azərbaycan bayrağı adına sona qədər mübarizə aparacağam”.