Azərbaycan Kubokunda ilk yarımfinalçı

  • Dünən, 17:57

Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

Sportlife.az xəbər verir ki, mərhələnin ilk oyununda “Şəki” və NTD komandaları üz-üzə gəliblər. Bakı İdman Sarayında reallaşan görüş Bakı təmsilçisinin 71:66 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da NTD klubu adını yarımfinala yazdırıb.

Günün son oyununda isə “Naxçıvan” “Abşeron”la qarşılaşacaq. Bu matç isə saat 19:00-da eyni məkanda start götürəcək.

Qeyd edək ki, bu raundun digər iki matçı martın 12-də keçiriləcək.


Paylaş: