Eynəkli futbolçu vəfat etdi

  • Bu gün, 10:40

"Feyenoord"un sabiq müdafiəçisi Yop van Dale 77 yaşında vəfat edib.

Sportlife.az xəbər verir ki, veteran futbolçu mayın 7-də dünyasını dəyişib. 

Van Dale uzağı yaxşı görmədiyi üçün eynəklə oynayırdı. O, 1970-ci ildə “Estudiantes”lə qitələrarası kubokun cavab oyununda (1:0) qələbə qolunu vurduqdan sonra sevinərkən rəqib futbolçular onun eynəyini alıb sındırmışdılar. Daha sonra həmin eynək klubun muzeyinə verildi.

Van Dale eyni zamanda Avropa Çempion Klublar Kubokunun, UEFA Kubokunun qalibi və üçqat Niderland çempionu olub.


Paylaş: