"Borussiya" - PSJ matçının ən yaxşısı

  • 2 May 2024, 10:55

Dortmund "Borussiya"sının müdafiəçisi Mats Hummels Çempionlar Liqasının yarımfinalının PSJ-yə qarşı ilk oyununda ən yaxşı oyunçu kimi tanınıb (1:0).

Sportlife.az xəbər verir ki, oyundan sonra ona xatirə mükafatı təqdim olunub.

“O, həm topla, həm də topsuz əla idi. O, öz keyfiyyətlərini, təcrübəsini və xüsusən də liderlik qabiliyyətini nümayiş etdirdi", - deyə UEFA texniki müşahidəçilər qrupu bildirib.

Cavab oyunu mayın 7-də Parisin "Park des Princes" stadionunda keçiriləcək.


Paylaş: