Vüsal İsgəndərli: "Superliqaya çıxmaq üçün yaxşı şansımız var"

  • 12 May 2024, 12:25

Türkiyə 1-ci Liqasında mübarizə aparan "Boluspor" müntəzəm çempionatın son matçında "Çorum"u məğlub edib.

Sportlife.az-a açıqlamasında "Boluspor"un azərbaycanlı futbolçusu Vüsal İsgəndərli Superliqaya çıxmaq şansının olduğunu bildirib.

Millimizin üzvü bu barədə iddialı danışıb: "Son matçda "Çorum"u 2:1 hesabı ilə məğlub etdik. Düzdür, mən oynamadım. Amma əsas olan komandamızın qələbəsidir. Pley-offa vəsiqə verən sonuncu yeri biz tutduq. Ümid edirəm, bu mərhələnin qalibi biz olaraq. Superliqaya çıxmaq üçün yaxşı şansımız var".


Paylaş: