
Qol rekordu təkrarlandı
Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda "İnter" evdə "Barselona"nı əlavə vaxtda 4:3 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, komandalar iki matçdan sonra turnirin qol rekordunu təkrarlayıblar. Ümumi hesab 7-6 (3-3, 4-3) "İnter"in xeyrinə olub - 7:6.
Bundan əvvəl “Roma” və “Liverpul” 2018-ci ildə iki yarımfinal oyununda 13 qol vurmuşdu (2-5, 4-2).