Cüdoçumuz üçün "bürünc" şansı

  • Dünən, 18:09

Azərbaycan cüdoçusu Zelim Tçkayev Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında yarımfinal görüşünə çıxıb.

Sportlife.az xəbər verir ki, 81 kq çəki dərəcəsində rəqib gürcüstanlı üçqat dünya, üçqat Avropa çempionu və Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Tato Qriqalaşvili olub.

Rəqibinə uduzan Tçkayev bürünc medal uğrunda görüşdə digər gürcü cüdoçu - BƏƏ-ni təmsil edən Nuqzari Tatalaşvili ilə qarşılaşacaq.

Qeyd edək ki, mundialda Azərbaycan 10 çəki dərəcəsində 13 cüdoçu (9 kişi, 4 qadın) fərdi yarışlarda təmsil edir. Millimiz həmçinin qarışıq komanda yarışında da mübarizə aparacaq. Cüdoçularımız turnirdə hələ ki, medal qazana bilməyiblər.


Paylaş: