Rusiya klubu Azərbaycandan kömək istəyir

  • Dünən, 14:17

Rusiyanın "Orenburq" klubunun futbolçusu Səid Saharhixan İrandan çıxa bilmir.

Sportlife.az xəbər verir ki, bu barədə klubun idman direktoru İsmayıl İbrahimov "Sport-Ekspress"ə açıqlama verib.

O, hazırda 22 yaşlı hücumçunu komandaya gətirmək üçün mümkün variantlar arasında Azərbaycan vasitəsilə keçidi də düşündüklərini bildirib: "İtaliya "İnter"inin futbolçusu Mehdi Taremi yeraltı marşrutla çıxmaq istəyirdi, amma bacarmadı. Biz də bütün mümkün variantları - yeraltı marşrut, Azərbaycan vasitəsilə keçid, təyyarə ilə çıxışı öyrənirik. Amma hələlik vəziyyət bir neçə gün əvvəlki kimidir".

İranın hava məkanı iyunun 13-dən İsrailin zərbələri ilə əlaqədar bağlıdır.

Qeyd edək ki, əslən ərdəbildən olan Səid Saharxizan "Orenburq"da 2024-cü ilin yayından çıxış edir. Ötən mövsüm o, 30 oyunda 8 qol və 1 məhsuldar ötürmə müəllifi olub.


Paylaş: