
Yaponiya liderliyini qoruyur
Yaponiyanın cüdo komandası Budapeştdə (Macarıstan) keçirilən dünya çempionatında liderliyini qoruyub.
Sportlife.az xəbər verir ki, yarışın üçüncü günü cüdonun yaradıcılarının hesabında 3 qızıl, 1 gümüş və 3 bürünc medal var.
Fransa ikinci (1-1-1), İtaliya isə üçüncü yerdədir (1-0-0).
Ümumilikdə isə 14 ölkənin idmançıları medal qazanıblar. Bu göstəricidə Azərbaycan komandası hələ ki, fərqlənə bilməyib.