
"Qarabağ"a sürpriz ziyarət
Məşhur UFC döyüşçüsü Rafael Fiziyev "Qarabağ" klubunun qonağı olub.
Sportlife.az xəbər verir ki, 32 yaşlı azərbaycanlı idmançı Suraxanıda yerləşən "Azersun Arena"nı ziyarət edib.
Fiziyev "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov və futbolçusu Bəhlul Mustafazadə ilə görüşüb.
Qeyd edək ki, Rafael Fiziyev iyunun 21-də keçiriləcək UFC turnirində iştirak edəcək. O, Bakı Kristal Zalında təşkil olunacaq yarışda İqnasio Baxamondeslə üz-üzə gələcək.