
Azərbaycanın fiqurlu konkisürəni beynəlxalq turnirdə 11-ci oldu
Azərbaycanın yeniyetmə fiqurlu konkisürəni Səbinə Əliyeva Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edib.
Sportlife.az xəbər verir ki, o, “Bosphorus Istanbul Cup 2023“də 112,47 xalla 11-ci yeri tutub.
Qeyd edək ki, turnirdə 35 ölkənin təmsilçiləri mübarizə aparıb.