6 oyundan sonra üzləri güldü

  • 3 Mart 2024, 17:30

İtaliya A Seriyasının 27-ci turunun matçında "Verona" doğma meydanda "Sassuolo"nu məğlub edib - 1:0.

Sportlife.az xəbər verir ki, yeganə qolu 79-cu dəqiqədə Karol Sviderski vurub.

"Verona" (23 xal) qələbəsiz 6 matçlıq seriyanı qıraraq A Seriyasında 17-ci pilləyə yüksəlib. "Sassuolo" (20 xal) turnir cədvəlində sonuncu pilləyə geriləyib.


Paylaş: