
Antuan Qrizman bu hərəkətinə görə üzr istədi
Madrid "Atletiko"sunun fransız üzvü Antuan Qriz kiçik bir qalmaqalla gündəmə gəlib. Sportlife.az xəbər verir ki, "instagram"ın aktiv istifadəçisi olan 26 yaşlı hücumçunun ətrafında cərəyan edən söz-söhbətə də elə həmin sosial şəbəkədə paylaşdığı bir şəkil səbəb olub.
Şəkildə Qrizman dəri rəngini qaraya boyayıb və basketbolçu forması geyinib. Ancaq insanların şəkilə reaksiyası sərt olub. Ylduz futbolçu irqçilikdə günahlandırılaraq tənqid atəşinə tutulub.
Şəkili qısa müddətdə silən Qrizman, basketbolu şou və komediya ilə birləşdirən Harlemi çox sevdiyi üçün belə bir addım atdığını yazıb. Ardınca daha bir açıqlama paylaşaraq incitdiyi insanlardan üzr istəyib.