Ayın ən yaxşı baş məşqçisi müəyyənləşdi

  • 2 Fevral 2024, 10:10

“İnter”in çalışdırıcısı Simone İnzaqi İtaliya çempionatında yanvar ayının ən yaxşı məşqçisi adına layiq görülüb.

Sportlife.az A Seriyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, 47 yaşlı mütəxəssis bu titula cari mövsüm ikinci dəfə yiyələnib.

Qeyd edək ki, yanvarda “İnter” “Verona” (2:1), “Montsa” (5:1) və “Fiorentina”nı (1:0) məğlub edib, üç turdan 9 xalla ayrılıb. Həmçinin İnzaqinin komandası İtaliya Superkubokunu da qazanıb.


Paylaş: