“Barselona” gənc oyunçusunun müqaviləsini uzadıb

  • 9 May 2024, 18:06

"Barselona" Pau Kubarsinin müqaviləsini uzadıb.

Sportlife.az xəbər verir ki, katalon klubu gənc oyunçunun sözləşməsini 2027-ci ilin yayına qədər uzadıb. Bu barədə klub rəsmi sosail media hesablarından açıqlama verib.

Kubarsi bu mövsümdən "Barselona"nın əsas oyunçularından birinə çevrilib. 17 yaşlı oyunçu bütün turnirlərdə 20 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.


Paylaş: