AFFA klubları "böyük bəla"dan qurtarır

  • 18 May 2024, 11:01

AFFA rəhbərliyi cari mövsüm hakim performanslarından narazıdır. Bu səbəbdən də yeni rəhbərlik referilərlə bağlı ciddi addımlar atacaq.

Artıq məsələ ilə bağlı ilk qərar qəbul edilib. Əldə etdiyimiz məlumata görə, Hakimlər Departamentinin sədri Cavid Cəlilov növbəti mövsümdən işindən kənarlaşıdırılacaq. 

Təyinatlara cavabdeh olan şəxs barədə ciddi şikayətlər var və bunlar AFFA rəhbərliyini narahat edir. Bu səbəbdən də növbəti mövsümdən Cəlilovun işinə xitam veriləcək.

Sportlife.az


Paylaş: