"Bavariya" Lövün marağında deyil

  • 25 Fevral 2024, 17:32

Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv “Bavariya”da mümkün iş barədə fikirlərini bölüşüb.

Sportlife.az xəbər verir ki, hazırkı baş məşqçi Tomas Tuxel qeyri-qənaətbəxş çıxışına görə mövsümün sonunda klubu tərk edəcək.

“Bavariya” mənimlə məşqçi kimi maraqlanmaya bilər, mən də bu işlə maraqlanmıram. Mən kifayət qədər uzun müddət Almaniya millisində olmuşam və həmişə deyirdim ki, mənim üçün bu ölkədə başqa işdən söhbət gedə bilməz. 17 ildir ki, bütün ölkəni gəzmişəm, bütün stadionları və klubları yaxşı tanıyıram, ona görə də motivasiyam yoxdur”, - "Bild" məşqçidən sitat gətirib.


Paylaş: