“Betis”dən “Barselona”ya

  • 9 May 2024, 20:56

Quido Rodriges yayda "Barselona"ya keçəcək.

Sportlife.az xəbər verir ki, argentinalı yarımmüdafiəçinin "Betis"lə müqaviləsi mövsümün sonunda bitir. O, azad agent kimi katalon klubuna qoşulacaq.

Rodriges 2020-ci ilin yanvarından "Betis"də çıxış edir. Argentinalı bu mövsüm bütün turnirlərdə 27 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.


Paylaş: