“Hakim mənə dedi ki, səhv etmişəm” - De Lixt

  • 9 May 2024, 13:46

"Bavariya" iki oyunun nəticəsinə görə "Real"a məğlub olaraq Çempionlar Liqasında mübarizəni dayandırıb.

Sportlife.az xəbər verir ki, Münhen klubunun niderlandlı müdafiəçisi Matis de Lixt son dəqiqələrdəki epizod barədə bunları deyib:

"Yan xətt hakimi özü mənə yaxınlaşıb dedi ki, qərarım səhv idi. Demək istəmirəm ki, "Real" hər zaman hakimlərlə qələbə qazanır, ancaq bu gün fərqi bu yaratdı".

"Real"ın öldüyünü düşünürsən, sonra dönüb baxırsan ki, hələ də nəfəs alırlar. Buna görə də onların 14 dənə Çempionlar Liqası titulu var".


Paylaş: