
İmmobilenin uğurunu təkrarladı
İtaliya A Seriyasının 24-cü turunda “Atalanta” səfərdə “Verona”nı 5 cavabsız qolla darmadağınla edib.
Sportlife.az xəbər verir ki, “Atalanta"nın bu mövsüm ən uğurlu hücumçusu olan Mateo Retequi bu matçda 4 qol vurub.
Retequi, son illərdə A Seriyasında dörd qol vuran ilk italiyalı olub. Sonuncu dəfə 2018-ci ilin yanvarında “Latsio”nun “SPAL”a qarşı oyununda Çiro İmmobile poker edib.
Retequi həm də İtaliya çempionatında ilk dəfə 20 qol həddinə çataraq, bombardirlik zirvəsində qərarlaşıb.
Hazırda A Seriyasında “Atalanta” 3-cü yerdədir.