"Karyeramın sonuna kimi “İnter”də qala bilərəm"

  • 2 May 2024, 12:15

"İnter"in mərkəz müdafiəçisi Alessandro Bastoni karyerasının sonuna kimi klubda qalmağa hazırdır. 

Sportlife.az xəbər verir ki, 25 yaşlı futbolçu bu barədə Sky Sport-a müsahibəsində bildirib:

“İnanıram ki, karyeramın sonuna kimi “İnter”də qala bilərəm. İşlər yaxşı gedəndə sevinmək və xoşbəxt olmaq asandır. Amma ciddi məyusluqlar da yaşadım. Məsələn, 2022-ci ildə Skudettonu qazana bilməmək, Çempionlar Liqasının finalındakı məğlubiyyət və s. Biz həmişə azarkeşlərimizin sevgisini hiss etmişik. Mən bunun əvəzini ödəmək istəyirəm”.


Paylaş: