Kroosun 7-ci finalı

  • 9 May 2024, 15:00

"Real" Çempionlar Liqasının finalında "Borussiya" ilə qarşılaşacaq.

Sportlife.az xəbər verir ki, bu final "kral klubu"nun yarımmüdafiəçisi Toni Kroosun sayca 7-ci finalı olacaq. Kroos daha öncəki altı finalın beşində çempion olub.

Təcrübəli oyunçu yalnız ilk finalında məğlub olub. O, 2012-ci ildə keçirilən "Bavariya" - "Çelsi" oyununda Münhen klubunun heyətində idi. Görüş penaltilər nəticəsində "zadəganlar"ın qələbəsiylə başa çatmışdı.


Paylaş: